“İdmandan uzaq qalmağım uduzmağıma səbəb oldu” – Afaq Sultanova

photo_70455_1920x1079

Bildiyiniz kimi ölkəmizdə ilk dəfədir keçirilən paracüdo üzrə Dünya Qran-Pri yarışına yekun vurulub.

Faktor.az xəbər verir ki, ötən gün qadınlardan ibarət milli komandamızın heyətində uğur qazananlar sırasında paralimpiya çempionu Afaq Sultanova da var. O finalda digər bir Azərbaycan idmançısı Sevda Vəliyevaya məğlub olaraq yarışın gümüş medalını qazanıb.

Uzun fasilədən sonra mükafat qazanan zərif cüdoçumuz təəssüratlarını bizimlə bölüşüb:

“3 görüş keçirtdim. İlk görüşüm Rusiya idmançısı ilə oldu. Rəqibimə ilk saniyədə ipponla qalib geldim. Finala gedən yoldakı rəqibim braziliyalı idmançı oldu. Ona da ipponla qalib geldim. Final görüşüm azərbaycanl idmançı Sevda ilə idi. Finalda məğlub olub gümüş medal qazandım. İnşaallah növbəti yarışlara daha yaxşı hazırlaşacağıq.”

O həmçinin, uzun zamandır idmandan uzaq qalmasının onun fiziki cəhətdən zəifləməsinə və finalda məğlub olmasına da əsas səbəb olduğunu bildirdi.

Bir cavab yazın