Haqqında

Bakıya … və IBSA Cüdo üzrə Qran-Pri yarışlarına xoş gəlmisiniz

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Bakıda, Azərbaycanda ilk dəfə olaraq keçiriləcək IBSA Cüdo üzrə Qran-Pri yarışlarına ev sahibliyi etdiyinə görə qürur hissi duyur.

Bu beynəlxalq turnir 36 ölkədən məşqçilər, tibbi heyət və dəstək heyəti ilə yanaşı görmə məhdudiyyətli, təqribən 240 paralimpiyaçı atleti bir araya gətirir. 2020 Tokio Paralimpiya Oyunlarına lisenziya xalı qazandıran bu idman tədbiri 2019 Para-cüdo təqvimində ən vacib tunirlərdən biridir.

Azərbaycan Milli Paralimpiya Komitəsi

Azərbaycan Milli Paralimpiya Komitəsinin əsası 1996-cı ildə qoyulub. Paralimpiya Komitəsinin ilk prezidenti İlqar Rəhimov bu günə qədər öz fəaliyyətini davam etdirir.

Həmin ildə Azərbaycan Atlantada keçirilən Paralimpiya Oyunlarında iki atletlə iştirak etmişdir. 2016-cı ildə Rioda keçirilən yarışlarda iştirak edən Azərbaycan paralimpiyaçıları 27 medalla vətənə geri dönmüşlər. İkiqat Paralimpiya Oyunları çempionu, üçqat dünya çempionu və yeddiqat Avropa çempionu İlham Zəkiyev kimi atletlərin böyük əməyi sayəsində cüdo Azərbaycanın ən çox müvəffəqiyyət əldə etdiyi paralimpiya idman növünə çevrilib.

2014-cü ildə Azərbaycanda – beynəlxalq təcrübədə ilk dəfə olaraq –  fiziki məhdudiyyətli daha çox uşağın idmanda iştirakını təşviq etmək məqsədilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətə başlayıb.

Media dəstəyi

Ölkənin aparıcı yayım və onlayn media qurumları Azərbaycan Milli Paralimpiya Komitəsinə öz dəstəyini göstərir.

Bununla yanaşı, Qran-Pri veb-saytını idarə edən media komandasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ingilis dilli MA İdman Jurnalistikası proqramı üzrə təhsil alan magistr tələbələri daxildir. Məqalələri ingilis dilindən Azərbaycan dilinə Azərbaycan Dillər Universitetinin könüllü tələbələri tərcümə etmişdir.

ƏLAQƏ

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi
Ceyhun Hacıbəyli küçəsi 110, Nəsimi, Bakı, Azərbaycan AZ 1007
Email: info@paralympic.az
Tel: +994-12-441-28-81
Website: paralympic.az