Bakıda keçirilən 2019 IBSA Cüdo üzrə Qran-Pri yarışlarından unudulmaz beş məqam

collage-list

İki gün müddətində davam edən möhtəşəm tədbir, 35 ölkə, görmə məhdudiyyəti olan 230-dan çox atlet – bu, Bakıda keçirilən 2019 IBSA Cüdo üzrə Qran-Pri yarışlarıdır. Turnir həyəcan, istedad, qələbə və məyusluq ilə dolu bir yarış idi. Lakin bəzi anlar yaşamaqda davam edəcək…


1. Azərbaycanın ilk qızıl medalı

Bakıda, Heydər Əliyev adına Arenada keçirilən 2019 IBSA Cüdo üzrə Qran-Pri yarışlarında Vüqar Şirinli Azərbaycana ilk qızıl medal qazandıraraq azərkeşlərini sevindirdi

2019 IBSA Cüdo üzrə Qran-Pri yarışlarında Azərbaycanın ilk qızıl medalını Vüqar Şirinli qazanıb. 27 yaşlı cüdoçu keçən il keçirilən Dünya Çempionatında bürünc medalı əldə edib və bu nəticəni daha da yüksəltməyi hədəfləyib. Bakıda keçirilən Qran-Pri yarışın ilk günündə o, bunu möhtəşəm şəkildə göstərdi. Azərbaycanlı azərkeşlərin dəstəyi ilə atlet  -60 kq çəki kateqoriyası üzrə finalda qızıl medal qazanaraq kariyerasında daha da yüksəlmək üçün rumıniyalı Florin Bolounini məğlub etdi.

2. Üç saniyədə ippon

Ukraynalı Oleksandr Nazarenkonun azərbaycanlı idmançı Rövşən Səfərova məğlub olması

Azərbaycanlı idmançı Rövşən Səfərov Qran-Pri yarışlarının yarımfinalında Oleksandr Nazarenko ilə olan qarşılaşmasında böyük təəccüb doğurub. Qarşılaşma başlayan kimi hücuma keçərək atlet ukraynalı rəqibini sadəcə ÜÇ SANİYƏDƏ məğlub edib. Keçən il keçirilən Dünya Çemionatında üçüncü yerdə qərarlaşan Səfərov Qran-Pri yarışlarında -90 kq çəki kateqoriyası üzrə gümüş medal qazanmaq uğrunda yarışıb.

3.Final oyununda iki azərbaycanlı atlet qarşı-qarşıya

Afaq Sultanova (şəkildə solda) -57 kq çəki kateqoriyası üzrə final oyununda komanda yoldaşı Sevda Vəliyeva ilə qarşılaşıb

Bu, iki azərbaycanlı atletin qarşıdurması idi. London Paralimpiya Oyunlarının qızıl medalçısı Afaq Sultanova -57 kq çəki kateqoriyasında komanda yoldaşı Sevda Vəliyeva ilə qarşılaşıb. Avropa çempionu, gənc idmançı Vəliyevanın yarış üçün öz çəki kateqoriyasını artırması oyuna əlavə bir maraq qatıb.

İki azərbaycanlının hərarətli yarışını izləyərkən azərkeşlər ciddi həyəcan hissi keçiriblər. 2:17-ci saniyədə Vəliyeva qızıl medal qazanmaq uğrunda Paralimpiya çempionunu məğlub edib.

4. Kostanın cəsarətliliyi

İtaliyalı atlet Karolina Kosta cəsarət, xüsusi bacarıq və mətanət göstərərək çinli idmançı Honqyu Uanqı məğlub edib

İtaliyalı atlet Karolina Kosta ötən il keçirilən Dünya Çempionatında Honqyu Uanq ilə qarşılaşıb və çinli atlet qalib gəlib. Bakıda keçirilən yarışda onlar +70 kq ağır çəki kateqoriyası üzrə finalda yarışıblar. Qarşılaşma başlayandan bəri gərgin idi və Kosta rəqibinin güclü olmasına baxmayaraq qələbə uğrunda mübarizə aparırdı.

Lakin Kosta yarışın bitməsinə saniyələr qalmış qızıl medal qazanmaq uğrunda Uanqı kürəyinə alaraq yerə yıxmaq üçün bir az gözləyib bütün cəsarətini topladı və öz təcrübəsindən istifadə etdi. Göz yaşları içərisində Kosta yumruğunu havaya qaldıran zaman azərkeşlər yarışın ən gurultulu alqışı ilə ona öz dəstəyini göstərdilər.

5. Zəkiyev və Çikoidze qarşı-qarşıya

Qələbəyə bərabər məğlubiyyət: azərbaycanlı idmançı İlham Zəkiyevin gücünü mənimsəyən Revaz Çikoidzeyə qarşı amansız mübarizə

Bu mübarizə həm dramatik, həm də amansız idi. Bu yeddi dəqiqə qarışıq hislərlə dolu bir an idi. Qran-Pri yarışları ən yüksək nöqtəyə çatdığı zaman, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev +100 kq çəki kateqoriyası üzrə bürünc medal uğrunda gürcüstanlı cüdoçu Revaz Çikoidze ilə qarşılaşdı.

Bu mübarizə Titanların qarşıdurması idi. İlham Zəkiyevə ilkin tibbi yardım göstərildiyinə görə oyun iki dəfə dayandırıldı. Yarış dördüncü dəqiqəsinə çatdıqdan sonra əlavə dəqiqələr hesaba alınmağa başladı. Hər iki atletə cərimə xalı verildi. İdmançılar artıq yorulmağa başlayırdılar. Zəkiyevin oğlu İlkin ilə bərabər azərkeşlər idmançıya öz dəstəyini göstərmək üçün təzahürat edirdilər. Lakin gözlənilən kimi olmadı. Bürünc medalı Revaz Çikoidze qazandı.

Bir cavab yazın