2019 IBSA Cüdo üzrə Qran-Pri yarışlarının ruhunu özündə əks etdirən 12 fotoşəkil

dm-cavalcante da silva-kirkitadze
Bakıda keçirilən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) Cüdo üzrə Qran-Pri yarışları 35 ölkədən 230-dan çox atleti bir araya gətirmişdir. Yarışın ilhamverici tərəfi elit idman səviyyəsinə çatmağa çalışan kişi və qadın cüdoçuların dəf etdiyi çətinliklərdir.

Dörd dəqiqənin sanki bir ömürə bərabər olması. İtaliyalı atlet Karolina Kosta son saniyələrdə qələbə qazanmaq uğrunda çinli idmançı, dünya çempionu Honqyu Uanqın güclü zərbəsini dəf edə bilib

Ən yaxşı idmançı qazansın. Braziliyalı atlet Artur Kavalkante Da Silva və gürcüstanlı idmançı Avtandil Kirkitadze mübarizəyə hazırlaşan zaman burada gərginlik hiss edə bilərsiniz

Bir də gördünüz ki, qələbə sizin əlinizdədir. Ukraynalı atlet Oleksandr Nazarenko -90 kq çəki kateqoriyası üzrə bürünc medal qazanmaq uğrunda fransız idmançı Helios Latçoumanayanı məğlub edib.

Dünya çempionu Mohammədreza Xeyrollahzadə britaniyalı atlet Cek Hodqson ilə yarımfinal oyununda “məğlubedilməz qala”ya bənzəyirdi, lakin o, finalda özbək idmançı Şirin Şaripova məğlub oldu

Ukraynalı atlet Serhii Kotenko və rusiyalı idmançı Vasilii Kutuev cüdoda nəyə görə güc və hiyləgərliklə yanaşı tarazlıq və müvazinətin də əhəmiyyətli olduğunu göstərir. Bu demək olar ki balet tamaşasına bənzəyirdi.

Güc və qüvvədən danışarkən… Azərbaycanlı qəhrəman İlham Zəkiyev və gürcüstanlı atlet Revaz Çikoidze arasında bürünc medal uğrunda olan bu qarşılaşma nəhəng qüvvələrin yeddi dəqiqəlik mübarizəsi idi

Daim gül! Britaniyalı atlet Kris Skelli kişilər arasında -100 kq çəki kateqoriyası üzrə finalda Anatollii Şevçenkonu məğlub edərək qızıl medal qazandıqdan sonra gülümsəyir və çox şad idi

Qadınlar arasında -70 kq çəki kateqoriyası üzrə finalda braziyalı atlet Alana Martins üzərində qalibiyyət əldə etməsi təzyiqi ona bu qədər təsir etmədi. Lakin qızıl medal qazanması meksikalı atlet Alvarez Ruvalkabanı göz yaşlarına boğdu.

Rusiyalı atlet Olqa Pozdnişeva ilə mübarizəsində qızıl medalın əldən getmə ehtimalını hiss edən özbək atlet Nafisa Şeripboeva məğlubiyyətin acısını gizlətməyib

Cüdoda hər şey baş verə bilər …  və adətən belə də olur. -90 kq çəki kateqoriyası üzrə finalda azərbaycanlı atlet Rövşən Səfərov və iranlı idmançı Vahid Nourinin nümayiş etdirdiyi bu hərəkət kimi …

… və azərbaycanlı atlet Dürsədəf Kərimova və amerikalı idmançı Keyti Devisin cazibə qüvvəsinə qarşı gəldiyi məqam

IBSA Cüdo üzrə Qran-Pri yarışları mübarizə, göz yaşları və zəfər dolu, iki gün davam edən bir yarış idi. Bu, onu sübut edir ki, hər kəsdə istisnadan kənar, qeyri-adi bir şeyə nail olmaq potensialı var. Azərbaycanlı atlet Xanım Hüseynova və türk idmançı Duyğu Cete Artar qızğın şəkildə bir-birləri ilə mübarizə aparırdılar. Lakin bu qucaqlaşma onu göstərir ki, onlar cüdonun nəyə görə “nəzakətli bir tərzdə” olduğunu bilirlər.

Bir cavab yazın