Cüdo üzrə Qran-Pri yarışları: Sultanova yekun finalda Vəliyeva ilə qarşılaşır

ta-Abdullayeva-Sabina-Abdellaoui- Cherine
Sabina Abdullayeva in action against Cherine Abdellaoui

Bakıda keçirilən IBSA Cüdo üzrə Qran-Pri yarışında -57 kq çəki kateqoriyası üzrə  Azərbaycan Paralimpiya çempionu Afaq Sultanova komanda yoldaşı və Avropa çempionu Sevda Vəliyeva ilə qarşı-qarşı gələcək.

Sultanova 2012 London Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, 2016 Rio Paralimpiya Oyunlarına qatıla bilməyib, ancaq ümid edir ki, Qran-Pri yarışları onun 2020-ci ildə Tokioda keçiriləcək yarışda iştirakı üçün bir təkan olacaq. Lakin o, Avropa Çempionatında qızıl medal əldə etmək üçün çəki kateqoriyasını artıran güclü bir rəqiblə, Vəliyeva ilə qarşılaşacaq.

Vəliyeva yarışın ilk on saniyəsində ikinci ən yüksək xalı toplayaraq yarımfinala vəsiqə qazanmaq yolunda  amerikalı cüdoçu Arndt Marissa üzərində inandırıcı bir qalibiyyət əldə edib. Sadəcə saniyələr içərisində o, ikinci ən yüksək xalı toplayıb və daha sonra ipponla tam qələbə qazanıb.

Sultanova və Vəliyeva 36 ölkədən görmə məhdudiyyətli 240 cüdoçunu Azərbaycanda bir araya gətirən Qran-Pri yarışında Şahanə Hacıyevanın finala vəsiqə qazanması nəticəsində qarşı-qarşı gəlib.

48 kq çəki kateqoriyasında olan Hacıyeva finala vəsiqə qazanmaq üçün ukraynalı Yulia Halinskanı məğlub edib və 2016 Paralimpiya bürünc medalçısı çinli Li Linquing ilə qarşılaşıb. Hacıyeva keçən il Portuqaliyada keçirilən Dünya Çempionatında gümüş medal qazandıqdan sonra indi yarışlara tam hazırdır.

Azərbaycanlı atletlər Səbinə Abdullayeva və Bəsti Səfərova yarışın əvvəllərində uğursuz nəticə göstərib, lakin qarşılaşmalarda qalib gələrək -52 kq çəki kateqoriyası üzrə bürünc medal qazanmaq uğrunda yarışıblar. 23 yaşlı atlet, Abdullayeva sonuncu dünya və Avropa çempionatlarında gümüş medal qazandıqdan sonra Azərbaycanın medal qazana biləcək atletləri sırasında idi, lakin o, əlcəzairli rəqibi, Cherine Abdellaoui ilə yarışan zaman cərimə xalları qazanmış, bu da məğlub olmasına səbəb olub.

Qran-Pri yarışlarının ilk günündə kişilər dörd çəki kateqoriyasında, qadınlar isə üç çəki kateqoriyasında yarışıblar. Bu kateqoriyalar üzrə final yarışları rəsmi açılış mərasimindən sonra baş tutub. Azərbaycanın Paralimpiya əfsanəsi İlham Zəkiyev daxil olmaqla, ağır çəki kateqoriyası üzrə kişilər və qadınlar turnirin ikinci günündə yarışacaqlar.

Bir cavab yazın