Cüdo üzrə Qran-Pri yarışları: Biz 36 ölkədən gələn komanda heyətini təntənəli şəkildə qarşılayacağıq, təşkilatçılar bildirib

dm-06-kamal-mammadov

IBSA Cüdo üzrə Qran-Pri yarışlarının başlamasına bir həftə qalmasına baxmayaraq, təşkilatçılar bildirir ki, Azərbaycan 36 ölkədən paytaxta gələn atletləri təntənəli şəkildə qarşılamağa hazırdır.

240-dan çox atlet ilk dəfə Azərbaycanda keçiriləcək bu turnirdə iştirak edəcək.

Görmə məhdudiyyətli paralimpiyaçı atletlərin iştirak etdiyi bu yarışın hərtərəfli təşkil olunması dekabr ayından başlanmışdır. Azərbaycan Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov bildirib ki, bu proses komandanın zəfəridir.

O bildirib: “Təbii olaraq bu yolda bir sıra çətinliklərlə üzləşdik, lakin bu proses komandamız üçün o qədər əyləncəli və maraqlı idi ki, biz bunun çətin bir tapşırıq olduğunu düşünmürdük.”

“Şübhəsiz ki,  Avropa Oyunları və İslam Həmrəylik Oyunları kimi böyük idman tədbirlərinin təşkil edilməsi və bundan qazandığımız təcrübə bizə kömək etmişdir. Azərbaycan dünya səviyyəli yarışların təşkil edilməsində böyük təcrübə qazanmışdır,” Məmmədov qeyd edib.

Baxmayaraq ki, yarış 9-10 may tarixindən etibarən iki gün davam edəcək, idmançılar gərgin iş cədvəli ilə təqribən üç gün əvvəl paytaxa gələcəklər. Bura Milli Oftalmologiya Mərkəzində idmançıların görmə qabiliyyətinin yoxlanılması və çəkilərinin müəyyənləşdirilməsi daxildir.

Təşkilatçılar yarışa dəstək olmaq məqsədilə fiziki məhdudiyyətli könüllüləri toplamaq üçün xüsusi səy göstərmişlər. Fiziki məhdudiyyətli şəxslərin hazırladığı əl işlərinin nümayiş etdiriləcəyi sərgi bu tədbirin bir hissəsi olacaq. Yarış Bakıda, Heydər Əliyev adına İdman və Konsert Kompleksində baş tutacaq. Turnirə giriş sərbəstdir.

Bir cavab yazın