Cüdo Qran Prisi: Ən gənc cüdoçu Şəhanə Hacıyevanın məqsədi qızıl medal qazanmaqdır

20150805_Sarajevo_BEDIOUI,Oumaima(TUN)-HAJIYEVA,Shahana(AZE)2_800x500

Azərbaycanın ən gənc Paralimpiya cüdoçusu keçən il Dünya Cüdo Çempionatında gümüş medal qazandıqdan sonra Bakıda keçiriləcək IBSA (Beynəlxalq Gözdən əlil İdmançılar Assosiyasiası) Cüdo Qran Prisində qızıl medal qazanmaq üçün daha da əzmlə çalışır.

18 yaşlı Şəhanə Hacıyeva bir neçə dəfə, o cümlədən 2015 Azyaşlılar üzrə Avropa Çempionatında da əsas mükafatı qazanaraq beynəlxalq sferada tanınmışdır.

Hazırda 48 kq çəki dərəcəsi üzrə yarışan Şəhanə Hacıyeva may ayında doğma ölkəsində keçiriləcək çempionatda ən yüksək yeri tutmaq üçün əzmlə çalışır.

Hacıyeva bildirmişdir: “Qran Pris yarışlarına hazırlaşmaq üçün gündə iki dəfə məşq edirəm. Bu, çox yorucu rejimdir, lakin mənim işim budur, və mən işimi sevirəm.”

Şəhanə Hacıyevanın Bakıda keçirilən oyunlarda uğur qazanması 2020 Tokio Olimpiya oyunlarında iştirak etmək üçün mühüm bir addım olacaqdır. “Mən hazırda dünya sıralamasında doqquzuncu yerdəyəm. Bu özü də mənə  2020 Tokio oyunlarında iştirak etmək imkanı verir, lakin mən sıralamada ən yüksək pilədə durmaq istəyirəm,” – o bildirmişdir.

Azərbaycanda keçiriləcək Qran Pris oyunlarından sonra o, Özbəkistan, İtaliya və Böyük Britaniyada yarışlarda iştirak edəcəkdir. IBSA ( Beynəlxalq Gözdən əlil İdmançılar Assosiasiyası) Cüdo Qran Prisi gözdən əlil atletlər üçün nəzərdə tutulmuşdur. 13, 14 may Bakı Heydər Əliyev İdman Kompleksində keçiriləcək yarışlarıda 36 ölkədən 240-dan çox atlet iştirak edəcəkdir. Azərbaycan 13 kişi və 10 qadın atlet ilə təmsil olunacaqdır.

Əsas şəkil: Soldan, Şəfəq Həmidova (Azərbaycan), Şəhanə Hacıyeva (Azərvaycan), Olqa Borisova (Rusiya) və Nursulu Yeralıyeva (Qazaxıstan).

Bir cavab yazın