Afaq Sultanova IBSA Cüdo Qran Prisi yarışlarına hazırlşır və qalib olmağa tam hazırdır

Afaq Sultanova

Paralimpiya çempionu Afaq Sultanova 2017 İslam Həmrəylik Oyunlarında göstərdiyi nəticəni IBSA (Beynəlxalq Gözdən əlil İdmançılar Assosiasiyası) Cüdo Qran Prisində yenidən göstərərək qızıl medal qazanmağı qarşınına məqsəd qoyub.

May ayında Bakıda keçiriləcək turnirlərdə Sultanovanın qızıl medal qazanacağına böyük ümidlər vardır. 2012 London Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal gətirən 32 yaşlı cüdoçu zehni və fiziki cəhətdən yarışlara hazır olduğunu bildirmişdir. O qeyd etmişdir:  “Dünyanın hər yerindən olan qaliblərlə yarışacağam və rəqiblərimin zəif olduğunu düşünmürəm. Lakin mən Qran Pris yarışlarında qızıl medal qazanmağa hazıram. Bu günə qədər ən güclü rəqibim İslam Həmrəylik Oyunlarının final mərhələsində üz-üzə gəldiyim Azərbaycan komandasının digər bir cüdoçusu olmuşdur. O vaxtlar mən yenicə evlənmişdim və çox da yaxşı hazırlaşdığımı düşünmürdüm. Lakin mən rəqibimə qalib gəldim.”

İki uşaq anası olan cüdoçu bildirmişdir ki, 2016-cı ildə dizindən zədə aldığı üçün Rio Paralimpiya Oyunlarında iştirak edə bilməməsi karyerası dövründə yaşadığı ən pis hadisə olmuşdur.

Buna baxmayaraq, Sultanova əlavə etmişdir ki, o, ona dəstək olan ailəsi, məşqçiləri və komanda yoldaşlarının ümidlərini doğrultmaq üçün qızıl medal qazanacağına inanır və buna tam hazırdır. “Ətrafımdakı insanlar daim mənə dəstək olur. Ailəm, xüsusən, atam və həyat yoldaşım həmişə mənim yanımdadır. Bu dəstək mənim üçün çox vacibdir. Mənim övladlarım var və mən bu gün onlara görə həmişəkindən də əzmliyəm.”

IBSA (Beynəlxalq Gözdən əlil İdmançılar Assosiasiyası) Cüdo Qran Prisi gözdən əlil atletlər üçün nəzərdə tutulmuşdur. 13, 14 may Bakı Heydər Əliyev İdman Kompleksində keçiriləcək yarışlarıda 36 ölkədən 240-dan çox atlet iştirak edəcəkdir. Azərbaycan 13 kişi və 10 qadın atlet ilə təmsil olunacaqdır. Qran Pris yarışlarına giriş sərbəstdir.

Bir cavab yazın