İlham Zəkiyev: Mən yarışlara yenidən qatılıram və Azərbaycan bayrağını dalğalandırmaq üçün həmişəkindən də əzmliyəm

dm-06 ilham-zakiyev

Azərbaycanın Paralimpiya qəhrəmanı İlham Zəkiyev  Bakıda keçirilən IBSA (Beynəlxalq Gözdən əlil İdmançılar Assosiyasiyası) Cüdo Qran-prisində iştirak etmək üçün beynəlxalq yarışlara yenidən qatılmışdır.

İlham Zəkiyev ölkəmizin bayraqdarı olduğu 2016-cı il Rio Paralimpiya oyunlarından sonra yarışlara qatılmamışdır. O, 2004-cü il Afina və 2008-ci il Pekində keçirilən Paralimpiya yarışlarında qızıl, 2012-ci ildə Londonda keçirilən yarışlarda isə bürünc medal qazanmışdır. Həmçinin, o, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionudur.

Lakin 36 ölkədən Bakıya gələn gözdən əlil cüdoçularla rəqabətdə Azərbaycanı təmsil etmək olduca vacibdir.

Zəkiyev bildirmişdir: “Mən bilirəm ki, bizim Azərbaycandakı azarkeşlərimiz və dəstəkçilərimiz bizim arxamızda olacaqlar və biz də onların başını uca etmək üçün əlimizdən gələni edəcəyik. Mən çox istərdim ki, bu yarışda bayrağımız ən yüksəkdə dalğalansın.”

Yarışların başlamasından bir həftə əvvəl Zəkiyev bildirmişdir ki, kişilərdən ibarət milli komanda yarışlara hazırdır: “Biz hazırıq. Məşqlərimizi birlikdə Göygöldəki düşərgəmizdə etmişik və komandamız böyük ruh yüksəkliyi ilə bütün diqqətini bu yarışlara yönəltmişdir. Biz gücümüzü doğma ölkəmizdə göstərmək imkanı əldə etdiyimiz üçün çox həyəcanlıyıq.”

Azərbaycan Paralimpiya Komitəsi tərəfindən təşkil olunan Qran-pris yarışları ilə Azərbaycan ilk dəfə olaraq Paralimpiya yarışlarına lisenziya əldə edəcəkdir. Cüdoçular 2020 Tokio Paralimpiya oyunlarında iştirak etmək imkanı əldə etmək üçün rəqabət aparacaqlar.

Zəkiyev bildirmişdir: “Qran Pris yarışlarına lisenziya əldə edilməsi bu yarışları daha da önəmli edir və biz fəxr edirik ki, bu yarışlar Azərbaycanda keçiriləcəkdir. Bizim cüdoçularımız çətin yarışlarla üzləşmişdir, lakin bizdə hər şey qaydasındadır və biz doğma torpağımızda yarışacağıq. Azərbaycanlı atletlərə uğurlar arzulayıram.”

13, 14 may Bakı Heydər Əliyev İdman Kompleksində keçiriləcək IBSA (Beynəlxalq Gözdən əlil İdmançılar Assosiyasiyası) Cüdo Qran-pris yarışlarında 36 ölkədən 240-a yaxın atlet iştirak edəcəkdir. Yarışlara giriş sərbəstdir. Azərbaycan 13 kişi və 10 qadın atlet tərəfindən təmsil olunacaqdır.

Bir cavab yazın