Cüdo üzrə Qran-Pri yarışları: Özbəkistan yarışlarda ən çox qızıl medal qazanan, Azərbaycansa ən çox yer tutan ölkədir

dm-sheripboeva-medal
Nafisa Sheripboeva, second left, added a gold medal to bring Uzbekistan’s gold medal score to four. Other medallist in the -63kg category are, from left: OlgaPozdnysheva, silver (Russia), Khanim Huseynova, bronze (Azerbaijan) and Yue Wang, bronze (China)

Özbəkistan təmsilçisi Nəfisə Şeripboeva (soldan ikinci)  ölkəsinin əldə etdiyi qızıl medal sayını dördə çıxarıb. -63 kq çəki kateqoriyası üzrə digər medalçılar gümüş medal qazanmış Rusiya təmsilçisi Olqa Pozdnişeva, bürünc medal qazanmış Azərbaycan təmsilçisi Xanım Hüseynova və Çin təmsilçisi Yue Uanqdır (soldan).

Özbəkistan para-cüdo komandası IBSA Cüdo üzrə Qran-Pri yarışlarının sonunda dörd qızıl medal qazanmaqla medal siyahısında ən yüksək yeri tutublar.

Bakıda keçirilən yarşların ilk günündə Feruz Sayidov (-73 kq) və Davurxon Karomotovun (-81 kq) qazandığı qızıl medalın ardınca yarışın ikinci günündə eyni komandanın üzvləri  Şirin Şaripov (+100 kq) və Nəfisə Şeripboeva (-63 kq) da eyni nəticəni göstərərək para-cüdo üzrə aparıcı qüvvə kimi Özbəkistanın nüfuzunu qoyurub saxlamışlar.

Azərbaycan üç qızıl medal qazanaraq ikinci yerdə qərarlaşıb. Vüqar Şirinlinin -60 kq çəki kateqoriyası üzrə ilk qızıl medal qazanmasının ardınca Şahanə Hacıyeva (48 kq) və Sevda Vəliyeva (57 kq) da Azərbaycana qızıl medal qazandırmışlar.

Ümumilikdə Azərbaycan cüdoçuları Qran-Pri yarışlarında iştirak edək digər 35 ölkədən daha çox medal qazanaraq kürsüdə 14 yer tutublar. Azərbaycan yarışlarda üç qızıl, dörd gümüş və dörd bürünc medal qazandığı halda, Özbəkistan idmançıları dörd qızıl medaldan əlavə dörd bürünc medal əldə edib.

Ukrayna Azərbaycandan başqa yarışlarda bir qızıl, bir gümüş və bir bürünc medal qazanmaqla hər üç pillədə qərar tutmuş yeganə ölkədir.

Səkkiz ölkədən olan cüdoçular Heydər Əliyev adına Arenada öz ökəsinin himnini səsləndirib.

Özbəkistan, Azərbaycan və Ukraynadan əlavə, İran, Gürcüstan, Meksika, Böyük Britaniya və İtaliya hər biri bir qızıl medal qazanmışdır.

İtaliya Karolina Kosta cüdoçusu qızıl medal uğrunda mübarizədə rəqibi çinli Honqyu Uang üzərində qələbəsindən sonra yumruğunu havaya qaldırıb

Qran-Pri yarışlarında iştirak edən 35 komandadan 20-i ən az bir medal qazanıb.

Ukrayna cüdoçusu İnna Çerniak (-57 kq) və meksikalı cüdoçu Lenia Fabiola Ruvalkaba Alvarez (+70) Bakıda keçirilən yarışlarda qızıl medal qazanan yeganə Paralimpiya çempionlarıdır.

IBSA Cüdo üzrə Qran-Pri 2020 Tokio Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün vacib mərhələlərdən biridir. Hər bir kateqoriya üzrə yeddi ən yaxşı nəticə göstərmiş cüdoçuya lisenziya verilir və 35 ölkədən ən az 32-sinin təmsilçisi lisenziya qazanıb..

Azərbaycanın para-cüdo üzrə milli komandası yerli azarkeşlərin qarşısında göstərilən nəticələrlə fəxr edə bilər və həmçinin digər ölkələrə nisbətən komandamızın daha çox üzvü Tokio yarışlarında iştirak hüququ qazanmışdır. 2019 IBSA Cüdo üzrə Qran-Pri yarışlarında 17 Azərbaycan cüdoçusu Tokioda keçiriləcək oyunlarda iştirak üçün lisenziya əldə etmişdir.

Vüqar Şirinli (ağ geyimdə) 60 kq çəki kateqoriyası üzrə yarışda Rumıniya təmsilçisi Florin Bologanı məğlub edərək Azərbaycana ilk medalı qazandırır

2019 IBSA Cüdo üzrə Qran-Pri medal cədvəli

Bir cavab yazın