Cüdo üzrə Qran-pri: Azərbaycan milli komandası Səfərovun 90 kq çəki dərəcəsi üzrə keçirilən finalda qızıl medal qazanacağına ümid edir

81KG SAFAROV(AZE)-KAZLOU(BLR)-15591
Rovshan Safarov hopes to wave the flag for Azerbaijan in his gold medal fight against Vahid Nouri

Rövşən Səfərov Azərbaycan milli komandasının Bakıda keçirilən IBSA cüdo üzrə Qran-Pri yarışlarında qızıl medala namizəd yeganə cüdoçususudur.

90 kq çəki dərəcəsində yarışan Səfərov yarımfinalda sadəcə üç saniyə içərisində tam xal qazanaraq Ukraynanın dünya çempionu Oleksandr Nazarenkonu məğlubiyyətə uğratdı.

Paralimpiya medalçısı Səfərov milli komanda üçün çətin günün sonunda Heydər Əliyev adına İdman Arenasında Azərbaycan himnini səsləndirmək üçün iranlı cüdoçu vahid Nourini məğlub etməlidir.

Finala çıxmaq üçün Nouri yarımfinalda Dünya Çempionatında gümüş medal qazanmış rusiyalı atlet Vladimir Fedini məğlub etdi. Lakin Səfərov bu ilin sonunda keçiriləcək Dünya Çempionatında daha yüksək nəticə göstərərək Azərbaycan bayrağını dalğalandırmaq üçün qətiyyətlidir.

Keçən ilin son Dünya Çempionatında finala çıxmış Oleksandr Nazarenko və rusiyalı cüdoçu Vladimir Fedin bürünc medal uğrunda qarşılaşmada üz-üzə gələcək. Nazarenko üçüncü yer uğrunda qarşılaşmada Fransa atleti Helios Latchoumanaya, Fedin isə öz rəqibi Moldoviyalı Oleg Cretul üzərində qələbə qazanmışdır.

Bir cavab yazın