Cüdo üzrə Qran-Pri yarışlarının birinci günü: Azərbaycan milli komandasının əldə etdiyi beş medal arasında ilk qızıl medalı Şirinli qazanıb

dm-bayrm-mustafayev-v-aajim-munkhbat
Azerbaijan’s Rio silver medallist Bayram Mustafayev in action against Georgia’s Georgi Kaldani

Azərbaycanlı cüdoçu Vüqar Şirinli mətanəti və qətiyyəti ilə yüksək nəticə göstərərək IBSA Cüdo üzrə Qran-Pri yarışlarında Azərbaycana qızıl medal qazandırıb.

Keçən il keçirilən  Dünya Çempionatında bürünc medal, beynəlxalq yarışlarda isə dəfələrlə medal qazanan 27 yaşlı cüdoçu Bakıda keçirilən yarışa yüksək səviyyədə hazırlaşaraq tatamiyə çıxıb.

Lakin o, -60 kq çəki kateqoriyası üzrə finalda Florin Bologna üzərində qalibiyyət qazanmaq üçün bütün təcrübəsindən istifadə etməli olub. Yarışda Şirinliyə azərbaycanlı azərkeşlər böyük dəstək olub və qarşılaşmanın nəticəsi 15 saniyə keçmiş vazari xalı ilə müəyyənləşib.

Yarışdan sonra Şirinli bildirib: “Bu, mənim üçün çətin bir qarışlaşma idi, lakin mən hər kəsə öz gücümü sübut etmək üçün bura gəlmişdim və bunu da etdim. Mənim növbəti hədəfim iyulda keçiriləcək Avropa Çempionatı və Tokio Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazanmaqdır. Mənim başlıca məqsədim Paralimpiya çempionu olmaqdır.“

Qazaxıstanlı Olzhas Orazalyuly və türkiyəli Recep Ciftci -60 kq çəki kateqoriyası üzrə bürünc medal qazanıb.

Şirinlinin qalibiyyəti Qran-Pri yarışlarının ilk günündə beş medal qazanan azərbaycanlı cüdoçular arasında ilk qələbədir.

Azərbaycanın ümidi -66 çəki kateqoriyasında, Rio yarışlarının gümüş medalçısı Bayram Mustafayevə idi. Yadda qalan finalda o, yarışın bitməsinə 23 saniyə qalmış ipponla qalibiyyət əldə edən, gürcüstanlı Georgi Kaldaniyə məğlub olub.

Bürünc medal uğrunda mübarizədə azərbaycanlı Namiq Abbaslı gürcüstanlı rəqibini, Giorgi Gamjasvilini ipponla məğlub edib. Digər bürünc medalı isə monqolustanlı Munkhabat Aajim qazanmışdır.

Səkkizqat dünya çempionu Ramil Qasımov -73 kq çəki kateqoriyası üzrə finala vəsiqə qazana bilməsə təəssüf hissi duyacaq. O, bürünc medal uğrunda alman rəqibi, Nikolai Kornhass ilə qarşılaşıb.

Azərbaycan komandasındakı idmançılar arasında ən təcrübəli atletlərdən biri olan 38 yaşlı Qasımov son üç qarşılaşmada Kornhassı məğlub edib. Buna baxmayaraq, digər bir qələbə bundan fərqlənib. Qasımov vazari ilə önə keçib, lakin Kornhass xalı bərabərləşdirmək üçün daha böyük qətiyyətlə yarışa qayıdıb. Qasımov ippon üçün yeddi saniyə ərzində vazari xalı qazanıb.

İkinci bürünc medalı ukraynalı Serhiy Kotenko, qızıl medalı isə dünya çempionu olan özbək idmançı, Feruz Sayidov qazanıb.

Bakıda keçirilən IBSA Cüdo üzrə Qran-Pri yarışlarının ilk günü -81 çəki kateqoriyası üzrə finalda Hüseyn Rəhimlinin özbəkistanlı Davurkhon Karomotov ilə qarşılaşaraq gümüş medal alması ilə sona çatıb.

24 yaşlı Rəhimli artıq Dünya Çempionatında bir gümüş, iki bürünc medal qazanmışdır və gələcəkdə yüksək nəticələr əldə edəcək azərbaycanlı idmançılardan biridir.

Bakıda keçirilən Qran-Pri yarışında özbək cüdoçu vazari xalı qazanmaq üçün elə ilk dəqiqələrdə hücuma keçib. 33 saniyədə Karomotov ippon xalını qazanaraq qızıl medal əldə edib.  -81 kq çəki kateqoriyası üzrə bürünc medalları meksikalı Eduardo Avilla Sanchez və rusiyalı Ruslan Albagachiyev qazanıb.

Azərbaycanlı kişi cüdoçular IBSA Cüdo üzrə Qran-pri yarışlarının ikinci günündə daha çox medal əldə etmək ümidi ilə yarışacaqlar. -100 kq çəki kateqoriyasında Kamil Ağayev Azərbaycan bayrağını dalğalandırarkən, Rövşən Səfərov və Ramin Əliyevin isə daha da yüksək nəticə əldə etməsinə ümid olunur.

+100 kq ağır çəki kateqoriyasında Paralimpiya əfsanəsi İlham Zəkiyev Azərbaycan bayrağını dalğalandıracaq.

Bir cavab yazın