Cüdo üzrə Qran-Pri: Cəsarətli cüdoçu Costa +70 kq çəki dərəcəsi üzrə final mərhələsində qızıl medal qazanmaq üçün yenidən tatamiyə çıxır

DM-Costa-Wang-3
Carolina Costa came back from a strong start by China’s towering Hongyu Wang, left, to snatch victory in the women’s +70kg final

İtaliya cüdoçusu Carolina Costa IBSA Cüdo üzrə Qran-Pri +70 kq çəki kateqoriyası üzrə gərgin final mərhələsində qızıl medal qazanmaq üçün bütün səriştə və təcrübəsindən istifadə etməli oldu.

Costanın rəqibi Hongyu Megin sıralamada ən yüksək çəki və boy dərəcəsinə sahib olmasına və bu baxmayaraq, yarışın sadəcə ilkin mərhələsi onun üstünlüyü ilə keçmişdir. Costa keçən il Portuqaliyada keçirilən yarışlarda Wangla üz-üzə gəlmiş və Dünya Çempionatında çinli cüdoçu tərəfindən məğlubiyyətə uğradılmışdır.

Bu dəfə hadisələr fərqli cərəyan etdi. Costa rəqibinin bütün həmlələrini dəf etdi və Wang yorulduğuna görə qarşılaşmanın sonlarına az qalmış ippon xalını yazdırmaq üçün ikinci vaza-ari xalını qazanaraq qələbə zəngini çaldıra bildi.

Azərbaycanlı Dursədəf Kərimova bürünc medal üçün Braziliyalı Rebeca Silva ilə yarışır

Braziliya təmsilçiləri Meg Emmerichin rəqibi Monqolustan cüdoçusu Nyamaa Altantsetsegi və Rebeca Silvanın Azərbaycan təmsilçisi Dürsədəf Kərimovanı məğlub etməsi nəticəsində Braziliya 2 qızıl medal qazanmışdır.

Qran-Pri yarışlarının ikinci günündə -63 kq, -70 kq və+70 kq çəki kateqoriyaları üzrə yarışlar keçirilmişdir.

-63 kq çəki kateqoriyasında Nafisa Sheripboevanın Rusiya təmsilçisi Olga Pozdnysheva üzərində qələbə qazanması nəticəsində Özbəkistan daha bir qızıl medal əldə etdi. Sheripboeva qarşılaşmanın əvvəlllərində hesabı açdı və yarışın sonuna qədər üstünlüyünü qoruya bildi.

Xanım Hüseynova rəqibi Duygu Cete Artar üzərində qələbənin sevincini yaşayır…

-63 kq çəki kateqoriyası üzrə yarışan Xanım Hüseynova sadəcə 60 saniyə içərisində rəqibi Duygu  Cete Artar üzərində qələbə qazanaraq Azərbaycana ilk bürünc medalı qazandırdı. Digər bürünc medalı isə Çin təmsilçisi Yue Wang əldə etdi.

Qadınlar arasında keçirilən -70 kq çəki kateqoriyası üzrə final mərhələsində Meksikalı cüdoçu Lenia Ruvalcaba Alvarez sadəcə 10 saniyə içərisində rəqibi Braziliya təmsilçisi Alana Martins ilə mübarizədə xal qazandı. Meksikalı cüdoçu 2 dəqiqədən qısa müddət ərzində qızıl medal uğrunda mübarizəyə haqq qazandı.

Bürünc medal uğrunda mübarizədə Vəsilə Aliboevanın Azərbaycan cüdoçusu Zülfiyyə Hüseynovanı məğlub etməsi nəticəsində Özbəkistan növbəti medalı əldə etdi. Digər bürünc medalı isə Xarvatiya cüdoçusu Lucija  Breskovici məğlub edərək rusiyalı atlet Olga Zabrodskaia qazandı.

Bir cavab yazın