Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla sual-cavab: Nəyə görə sosial inkluzivlik bizim başlıca məqsədimizdir

ilgar-rahimov

IBSA (Beynəlxalq Gözdən əlil idmançılar Assosiasiyası) Cüdo üzrə Qran Pri yarışları ilk dəfə olaraq may ayında Bakıda keçiriləcəkdir və iki günlük yarışlarda 36 ölkədən 242 atlet iştirak edəcəkdir. Tədbirə Azərbaycanın Milli Paralimpiya Komitəsi ev sahibliyi edəcəkdir.

Leyla Behbudlu Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla Qran Pris yarışlarına hazırlıqlar və Azərbaycan cəmiyyətini daha inkluziv hala gətirmək vəzifəsi barədə danışmışdır.


Leyla Behbudlu: Qran Pri yarışlarından gözləntiləriniz nələrdir?

İlqar Rəhimov: Bu yarış bizim üçün çox vacibdir. İlk dəfəfir ki, biz Azərbaycanda 36 ölkədən 400-dən çox qonağın iştirakı ilə bu cür irimiqyaslı və mötəbər yarış təşkil edirik.

Qran Pri yarışlarının belə önəmli olmasının üç səbəbi vardır. Birincisi, dediyim kimi, bu, Azərbaycan üçün bir ilkdir. İkincisi, bu yarışlar 2020 Tokio Paralimpiya oyunlarına seçim mərhələsi rolunu oynayır. Üçüncü səbəb bundan ibarətdir ki, yarışlar ərzində beynəlxalq tibbi klassifikasiya keçiriləcəkdir. Altı ölkədən olan tibbi təsnifçilər Zərifə Əliva adına Klinikada toplanacaqdır. Əlilliyi olan atletlər klassifikasiya üçün yoxlanışlardan keçəcəklər, yəni bu atletlər hüquqi lisenziya alacaqlar ki, bu da onlara gələcəkdə turnirlərdə iştirak hüuqu verəcəkdir.

Qran Pris yarışlarında könüllülər iştirak edəcək?

İR: Əlbəttə. Biz əlilliyi olan insanları həm könüllü kimi, həm də tamaşaçı kimi yarışlara cəlb etmək üçün çox çalışmışıq. Bizim istəyimiz yalnız onları cüdo geyimində görmək deyil, həm də onları tədbirlə əlaqəli bütün sahələrə cəlb etməkdir. Əlilliyi olan insanlar flaşmobda xüsusi planda olacaqlar və biz bu şəxslər tərəfindən hazırlanan əl işlərinin sərgisini keçirəcəyik.

Məqsədimiz yalnız əlilliyi olan insanların idman sahəsindəki uğurlarını deyil, həm də onların cəmiyyətə inteqrasiyasını qeyd etməkdir. Biz Qran Pri yarışlarını onların şənliyi etmək istəyirik.

Heç təsadüfi deyildir ki, Qran Pri yarışlarının şüarı “Ruhun zəfəri”dir.

Siz 1996-cı ildən bəri komitənin prezidenti kimi fəaliyyət göstərirsiniz. Hansı dəyişiklikləri görə bilirsiniz?

İR: 23 il bundan qabaq biz bu komitəni qurduğumuz zaman, ölkəmizdə əlilliyi olan heç bir atlet yox idi. 1996-cı ildə keçirilən Atlanta Paralimpiya oyunlarında biz yalnız iki atletlə qonaq yarışçı qismində iştirak etdik. Bu gün Azərbaycan dünya çempionu olan yeddi paralimpiyaçı atletləri ilə fəxr edə bilər. Biz də onlarla fəxr edirik.

Bu gün Azərbaycanda yay Paralimpiya idman oyunları ilə aktiv şəkildə məşğul olan 14 atletimiz vardır və keçən il üç atlet də qış idman oyunlarına qatılmışdır. Düşünürəm ki, bu böyük uğurdur. Bizim əlilliyi olan atletlərimiz nüfüzlu şəxslərə çevrilmişlər və artıq dövlət tədbirlərində iştirak üçün dəvət olunurlar. İstənilən uşaq fiziki məhdudiyyətlərlə dünyaya gələ bilər, lakin bu artıq o demək deyil ki, onlar stereotiplərin qurbanı kimi yaşamalıdır. Bu bir komitə kimi bizim böyük bir uğurumuzdur.

Bu uğurun əldə olunmasının əsas yollarından biri də 2013-cü ildə Uşaqlar üçün Paralimpiya Hərəkatının yaradılması idi. Bu dünyada bir ilk idi. Valideynlərə əlilliyi olan uşaqların  tam şəkildə idmanla məşğul olacağını sübut etmək çox çətin idi. Bu gün tribunadan yarışan övladına fərxlə baxan valideynləri gördükdə biz bilirik ki, böyük uğur əldə etmişik.

Milli Paralimpiya Komitəsi barədə gələcək planlarınız nələrdir?

İR: Biz əlilliyi olan atletlərin daha çox idman növü ilə məşğul olmasını istərdik. Xüsusən də onları futbol, voleybol kimi komanda idmanlarına cəlb etməyi planlaşdırırıq. Biz bunlara nail oluruq və artıq bizim profesional səviyyədə oynayan voleybol və boççiya komandamız vardır. Hətta Azərbaycanın boççiya komandası Tokio Olimpiya oyunlarında yer tuta bilər.

Bzim digər bir arzumuz da Beynəlxalq Uşaq Paralimpiya Çempionatına ev sahibliyi etmək və Azərbaycanlı gənc atletlərin bu çempionatda bizim qalib paralimpiyaçılarımızla bərabər layiq olduqları şöhrəti qazandıqlarını görməkdir.

IBSA (Beynəlxalq Gözdən əlil İdmançılar Assosiasiyası) Cüdo üzrə Qran Pri yarışları gözdən əlil atletlər üçün nəzərdə tutulmuşdur. 13, 14 may Bakı Heydər Əliyev İdman Kompleksində keçiriləcək yarışlarıda 36 ölkədən 240-dan çox atlet iştirak edəcəkdir. Azərbaycan 13 kişi və 10 qadın atlet ilə təmsil olunacaqdır. Qran Pris yarışlarına giriş sərbəstdir.

Bir cavab yazın