Para Cüdo üzrə Azərbaycanın Milli Komandanın üzvləri yarışlara hazırdırlar

Cüdo üzrə Azərbaycanın kişilər və qadınlardan ibarət paralimpiya milli komandaları bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra komandalarımız idmançıların qaldığı Royal Garden Hotel-ə daxil olublar.

Milli Paralimpiya Komitəsinin əməkdaşları və könüllülər komandalarımızı Cəngi sədaları altında qarşılayıblar.

Xatırladaq ki, 13-14 may 2019-cu il tarixlərində Bakıda para cüdo idman növü üzrə beynəlxalq qran-pri yarışı keçiriləcək. Bu yarışlar “Tokio 2020” yay paralimpiya oyunlarına lisenziya xalları qazandırır.

Bir cavab yazın