Cüdo üzrə Qran Pri: Biz Azərbaycanı qürurlandırmağa hazırıq, milli Paralimpiya komandamız bildirib

ramil-gasimov
Azerbaijan’s Ramil Gasimov: The world bronze medal winner can count on strong support in Baku

Azərbaycanın Paralimpiya cüdoçuları IBSA (Beynəlxalq Gözdən əlil İdmançılar Federasiyası) Cüdo üzrə Qran Pridə onlara dəstək olan həmyerlilərində böyük təəssürat oyatmağa qətiyyətlidirlər.

İlk dəfə olaraq Azərbaycanda bu yarışlarda iştirak etmək üçün 36 ölkədən 240-dan çox cüdoçu paytaxt Bakıya gəlmişlər.

2004 Afina və 2008 Pekin yarışlarında 100 kq çəki dərəcəsi üzrə qalib olmuş ikiqat Paralimpiya çempionu İlham Zəkiyev sübut etmişdir ki, onun 2018-ci ilin sonlarında Odivelas, Portuqaliyada keçirilmiş IBSA Cüdo üzrə Dünya Çempionatında qalib olma ehtimalı yüksək idi.

Ən son keçirilən yarışlarda bürünc medal əldə etmiş Zəkiyev indi də ilk dəfə olaraq Azərbaycanda keçirilən yarışlarda öz sözünü demək istəyir.

“Bilirəm ki, Azərbaycanda olan bütün azarkeşlər və dəstəkçilərimiz bizim arxamızda olacaqlar və biz onların başını uca etmək üçün əlimizdən gələni edəcəyik. Çox istərdim ki, bu yarışlarda bayrağımız ən yüksəkdə dalğalansın.”

Zəkiyev İranın yeni dünya çempionu Mohammadreza Kheirollahzadeh ilə qarşılaşacaqdır.

2020 Tokio Paralimpiya Oyunlarına lisenziya qazandıran Qran Pri yarışlarında Tokiodan olan digər bir tanınmış cüdoçu iştirak edəcəkdir.

Özbəkistandan olan Feruz Seyidov Odivelasda ilk görüşündə kişilər üzrə 73 kq çəki dərəcəsində yarışlarda dünya çempionluğu əldə etmişdir.

Səyidov Dünya çempionatında bürünc medal qazanmış Paralimpiya çempionu Ramil Qasımovla qarşı-qaşıya gəlmək üçün yenidən tatamiyə çıxacaqdır. Lakin bu dəfə həmyerlilərimiz Qasımovun arxasında olacaqdır.

Qadınlar arasında 48 kq çəki dərəcəsi üzrə yarışlarda Fransadan 52 kq üzrə Paralimpiya çempionu Sandrine Martinet qalib olmaq iddiası ilə yenidən tatamiyə çıxacaqdır.

Martinet Odivelasda Cənubi Koreyanın çempionu Soohee Choi tərəfindən məğlub edildikdən sonra bürünc medala layiq görülmüşdür.

Bir cavab yazın