IBSA Cüdo üzrə Qran-Pri yarışları barəsində bilməli olduğunuz hər şey

20160910_Rio_+100KG ZAKIYEV(AZE)-GOODRICH(USA)-7935

IBSA Cüdo üzrə Qran-Pri nədir?

IBSA Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasıdır. Azərbaycanda ilk dəfə keçiriləcək bu Qran-Pri yarışları görmə məhdudiyyətli paralimpiyaçı kişi və qadın idmançıların iştirakı üçündür. Bu yarış Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən Bakıda təşkil olunur.

Nə zaman və harada bu yarış baş tutacaq?

Yarış iki gün davam edəcək və 2019-cu il 13-14 may tarixlərində Bakıda, Heydər Əliyev adına İdman və Konsert Kompleksində baş tutacaq.

Neçə kişi və qadın idmançı yarışda iştirak edəcək?

36 ölkədən 242 kişi və qadın idmançı və onlarla birgə ölkə rəsmiləri, məşqçilər, tərcüməçilər, həkimlər, masajçılar da Bakıya gələcəklər.

Qran-Pri yarışları ilə Tokio Paralimpiya Oyunları arasında hər hansı bir əlaqə varmı?

Əlbəttə! Bu yarışın xüsusi əhəmiyyəti var, çünki o, Tokio 2020 Paralimpiya Oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır. Burada uğur qazanan atletlərin topladığı xallar onların fəxri kürsüdə tutduğu yerə və növbəti Paralimpiya Oyunları üçün onların qualifikasiyasına təsir edəcək.

Qran-Pri yarışlarına könüllülər cəlb olunacaq?

Bəli. Qran-Prinin təşkil olunmasına dəstək olmaq məqsədi ilə fiziki məhdudiyyətli könüllülərin toplanması üçün xüsusi səy göstərilmişdir.

Azərbaycanın medal qazanmaq ehtimalı varmı?

Şübhəsiz. Cüdo Azərbaycan idmançılarının  ən güclü olduğu paralimpiya idman növüdür və milli komandanın Qran-Pridə müvəffəqiyyətlə çıxış edəcəyi gözlənilir. Azərbaycanın milli komandası 13 kişi (yeddi çəki kateqoriyasında) və 10 qadın (altı çəki kateqoriyasında) idmançıdan ibarətdir. Bura dünya çempionu Afaq Sultanova və əfsanəvi paralimpiyaçı İlham Zəkiyev də daxildir. Azərbaycanın milli komandasında olan idmançılar:

Kişilər: Murad Əliyev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyev (+100 kq).

Qadınlar: Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq).

Azərbaycanın milli komandası yarışa birgə hazırlaşır?

İllərdir ki, daha da artan fərdi məşq cədvəli ilə yanaşı, atletlər yarışa aylarla davam edən intensiv hazırlıq keçirlər. Bundan əlavə, Azərbaycanın milli komandasına daxil olan kişi və qadın idmançılar yarışa həftələr qalmış ayrı-ayrılıqda məşq düşərgələrində də intensiv hazırlıq keçir.

Əla səslənir. Biletləri haradan əldə edə bilərəm?

Buna ehtiyac yoxdur. Dünya səviyyəli bu idman tədbirinə giriş tamamilə sərbəstdir. Hər kəs öz dostları və ailəsi ilə bura gələ bilər.

Başqa?

2019 IBSA Cüdo üzrə Qran-Pri yarışının şüarı “Ruhun zəfəri” dir.

Bir cavab yazın