İbrahim İbrahimov: Cüdo üzrə Qran-Pri yarışlarında bizim məqsədimiz çox sadədir… Qızıl medal

dm-06-ilham-zakiyev

Kişilərdən ibarət milli komandanın baş məşqçisi İbrahim İbrahimov bildirib ki, IBSA Cüdo üzrə Qran-pri yarışlarında Azərbaycanın bütün çəki kateqoriyalarında medal qazanmaq ehtimalı çox yüksəkdir.

Yalnız görmə məhdudiyyətli paralimpiyaçı atletlərin iştirak etdiyi Qran-pri yarışları Azərbaycanda ilk dəfə keçiriləcəkdir. Ölkənin kişilərdən ibarət komandasında yeddi çəki kateqoriyasında çıxış edən 13 cüdoçu yarışacaqdır.

Komandanın baş məşqçisi İbrahim İbrahimov bildirib: ”Bizim güclü komandamız var və biz bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün ciddi şəkildə məşq edirik. Biz hazırıq və məqsədimiz bütün çəki kateqoriyalarında qızıl medal qazanmaqdır.”

Medal qazana biləcək namizədlər sırasında paralimpiyaçı çempion İlham Zəkiyev və Ramil Qasımov var. Həmçinin paralimpiyaçı medalçılar Bayram Mustafayev və Rövşən Səfərov da komandadadır.

İbrahimov Paralimpiya Oyunları keçirildiyi müddətdə ən müvəffəqiyyətli cüdoçularla məşq edərək Azərbaycanın Paralimpiya cüdo üzrə uğur qazanmasında əhəmiyyətli rol oynamışdır. O, Azərbaycanda cüdo idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyev tərəfindən xüsusi mükafatla təltif olunmuşdur.

Qran-Pri yarışları 2020 Tokio Paralimpiya Oyunlarında iştirak etmək üçün yer tutmuq uğrunda mübarizə aparan atletlər üçün vacib bir sınaqdır. Bu turnir Paralimpiya oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır və Tokioya getməyə imkan yaradır.

IBSA Cüdo üzrə Qran-Pri yarışları 13 və 14 may tarixlərində Bakıda, Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq. Yarışlara giriş sərbəstdir.

Bir cavab yazın