Cüdo üzrə Gran-Prix yarışlarında yüksək nəticə əldə etmək bizim əlimizdədir, Azərbaycanın qadınlardan ibarət komandasının baş məşqçisi bildirib

Ramin-Ibrahimov

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Ramin İbrahimov bildirib ki, Azərbaycan IBSA (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası) Cüdo üzrə Qran-Pri yarışlarında fəxri kürsünün yüksək pilləsində qərarlaşa bilər.

İbrahimov bildirib ki, o heç də rəqiblərin zəif olduğunu düşünmür. Buna baxmayaraq, Bakıda birinci dəfə keçirilən bu beynəlxalq yarışa bir həftə qalmış qadınlardan ibarət komanda da yüksək səviyyədə hazırlaşıb.

“Dünya üzrə bütün paralimpiyaçıların Azərbaycana gəlməsi bizim üçün həyəcanverici, o cümlədən qürurvericidir”, İbrahimov söyləyib. “Bu, bizim üçün böyük şərəfdir və öz ölkəmizdə yarışmağımız qələbə qazanmağımız üçün daha böyük motivasiyadır.”

“Bir çox çempionlar yarışacaqdır, beləliklə bu yarış rəqabətli olacaq. Lakin biz ciddi şəkildə hazırlaşmışıq və həmçinin bizim də öz çempionlarımız var. Bizim məqsədimiz himnimizin tez-tez səsləndirilməsidir”

İbrahimov medal qazanmaq uğrunda yarışacaqları komandalar arasından Ukrayna, Özbəkistan və Türkiyə kimi ölkələri fərqləndirir. Lakin o bildirib ki, Cənubi Koreyanın yarışdan geri çəkilmək barəsində olan son qərarı Azərbaycan üçün əlavə bir imkan yaradıb.

Yalnız görmə məhdudiyyətli atletlərin iştirak etdiyi bu Qran-Pri yarışları Paralimpiya oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır. Bakıda keçiriləcək yarışda uğur əldə edən idmançılar 2020 Tokio Oyunlarında iştirak etməyə imkan qazanacaq.

“Məşq zamanı Paralimpiya oyunlarını daim nəzərimizdə saxlayırdıq. Qran-Pri yarışlarının bizim üçün belə əhəmiyyətli olmasının və nəyə görə bu qədər böyük səy göstərməyimizin səbəblərindən biridir”, İbrahimov qeyd edib.

36 ölkədən olan 240-dan çox atletin IBSA (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası) Cüdo üzrə Qran-Pri yarışlarında iştirak edəcəyi gözlənilir. Yarış 13 və 14 may tarixlərində Bakıda, Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq. Azərbaycan 13 kişi və 10 qadın atletlə təmsil olunacaq. Yarışlara giriş sərbəstdir.

Bir cavab yazın